Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq yutub kanalında paylaşan yutuber Ruslan Quliyev həbs edilib.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhər sakini olan Ruslan Quliyev müəyyən edilərək saxlanılıb:
"Onun barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib".