Gülər Əhmədova Elşad Abdullayevlə üzləşməyə hazırdır

Gülər Əhmədova Elşad Abdullayevlə üzləşməyə hazırdır
17:30 27.03.2013
1373
Vəkil Raqif Mustafayev həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ilə görüşüb. Vəkil APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər yarandığını bildirib. Onun sözlərinə görə, oğlunun hərbi xidmətdə qolunun sınması barədə məlumat əldə edəndən sonra G. Əhmədovanın səhhəti pisləşib: “Tez-tez ürək tutmaları olur. Hazırda Gülər Əhmədova təcridxananın tibb məntəqəsindədir”, - deyə vəkil bildirib.R. Mustafayev G. Əhmədovanın Elşad Abdullayevlə üzləşməyə hazır olduğunu da deyib: “Qərara gəldik ki, Gülər Əhmədova cinayət işi ilə əlaqədar Elşad Abdullayevin ifadəsi alınandan sonra istintaqa ifadə versin. Bununla bağlı istintaq qarşısında məsələ qaldıracağıq”.
OXŞAR XƏBƏRLƏR