Gülər Əhmədova nəhayət Əvəz Zeynallı barədə danışdı

MARAQLI
15:03 15.11.2011
1713

Milli Məclisin deputatı Gülər Əhmədova hazırda həbsdə olan "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı ilə bağlıaralarında olan məsələ barəsində modern.az saytına açıqlama verib.Modern.az xəbər verir ki, G.Əhmədova Əvəz Zeynallı barədə danışarkən “ortada konkret faktlar var, Əvəz Zeynallı onlarla bağlı cavab verməlidir” deyib.Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Ə.Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb.Baş Prokurorluğun məlumatına görə, Ə.Zeynallı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

"Əvəz Zeynallı başa düşür ki, mənimlə təkbətək, qalanda ortada konkret faktlar var və o faktlara cavab verməlidi. Məsələni böyütməklə, qloballaşdırmaqla, onu gətirib Prezident səviyyəsinə çıxarmaqla çalışır ki, özünə beynəlxalq təşkilatlardan dəstək alsın"-deyə deputat vurğulayıb.Modern.az-a açıqlamasında Gülər Əhmədova bildirib ki, Əvəz Zeynallı və onu müdafiə edənlər baş redaktorun həbs olayını bilərəkdən şişirdib məsələni beynəlxalq müstəviyə fərqli təqdimatla çıxarmaq istəyirlər.“Bununla da onlar beynəlxalq təşkilatlardan dəstək qazanmağa çalışırlar. Yəni göstərmək istəyirlər ki, Əvəz Zeynallı ölkə çapında tanınan bir şəxsdir.Göstərmək istəyir ki, "baxın görün mənə kimlər təziq edir. Güya bu o qədər əhəmiyyətli fiqurdur ki, hətta ölkə daxiılində siyasisituasiyanı dəyişə bilər, ona Prezident,Prezident Administrasiyasının rəhbəri belə, təzyiq edir. O bu vəziyyətə məsələni düşünülmüş şəklidə gətirib çıxarıb. Onun ətrafında olan bəzi dırnaqarsıhüquq müdafiəçiləriməsləhət verirlər ki, "məsələni şişirt ki, biz də sənə kömək edə bilək". Ona görə də bu həbs olayını böyüdüb Prezident İlham Əliyevin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı ilə bağlamağa çalışırlar”-deyə deputat vurğulayıb.G.Əhmədova deyib ki, onun Əvəz Zeynallının fəaliyyətilə bağlı bir sıra məsələlərdən xəbəri var.“Mənim çox məsələlərən xəbərim var.

"Mənim çox şeylərdən xəbərim var. İnşallah onların hamısını deyəcəyəm.Beynəlxalq təşkilatların nə xəbəri var ki, hansı qəzet nə qədər tirajla buraxılır,kim kimdi, hansı qəzeti oxuyurlar, hansı qəzeti oxumurlar. İki hüquq müdafiəçisi çıxıb deyəndə ki, "bu adam siyasi gündəmi dəyişə bilərdi, buna təzyiqi ölkəninPrezidenti edir" beynəlxalq təşkilatlar da inanırlar ki, yəqin belədir. Bu qurulmuş bir işdi, bunun da üstüaçılacaq".

G.Əhmədova hazırda istintaq getdiyi üçün məsələnin detalları haqqında geniş danışmaq istəmədiyini söyləyib.

****"Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallıbarəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb.Baş Prokurorluq bəyan edib ki,Əvəz Zeynallı2011-ci ilin iyul-avqust aylarındaGülərƏhmədovabarəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10.000 manat pulu təkrarən rüşvət kimi istəyib.

Bundan başqa, Baş Prokurorluğun mətbuat xidməti bildidb ki,Əvəz ZeynallıAzərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi "Kurort" ASC-nin prezidenti Akif Məmmədovuvə onun dostu Xanoğlan Muxtarovu,iş adamı Sabir Tarverdiyevi şantaj edərək onlardan rüşvətlıb.

Toplanmış sübütlar əsasında Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə yeni ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Ə.Zeynallı hələlik 3 aylığa həbs edilib.

OXŞAR XƏBƏRLƏR