Güləşçilərimiz erməni idmançı üzərində qələbə ilə yarışa başladı

İDMAN
09:29 13.03.2012
1562

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Avropa çempionatına yekun vurulub. Son iki gündə yunan-Roma güləşçiləri öz aralarında ən güclüləri müəyyənləşdiriblər.

“Qafqazinfo”nun məlumatına görə, Yunan-Roma güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanmaqla, çempionatı komanda hesabında 3-cü sırada tamamlayıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Elçin Əliyev mübarizəyə erməni Roman Amoyan üzərində qələbə ilə başlayıb. Ardınca Ukrayna və Türkiyə idmançılarını da məğlub edən Elçin finalda Macarıstan təmsilçisi Peter Modoşla qarşılaşıb. 3 hissə davam edən amansız mübarizənin yekununda Elçin qələbə qazanmaqla 2010-cu ildə Bakıdakı Avropa çempionatında əldə etdiyi uğuru təkrarlayıb. 96 kq çəkidə yarışan Şalva Qadabadze də qitə çempionatını medalla başa vurub. 1/8 finalda Estoniya, ¼-də isə Bolqarıstan nümayəndələrindən güclü olan pəhləvanımız yarımfinalda Litva təmsilçisinə uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə Şalva Polşa güləşçisini məğlubiyyətə uğratmaqla bürünc medala yiyələnib. 60 kq-da Kamran Məmmədov və 120 kq-da Məsud Həşimzadə isə 5-ci nəticə göstəriblər. Komanda hesabında yunan-roma yığmamız 34 xalla Rusiya və Ukraynadan geri qalmaqla 3-cü yeri tutub.

OXŞAR XƏBƏRLƏR