Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti "Minsk 2019" II Avropa Oyunlarında bürünc medala layiq görülüb.
130 kq çəki dərəcəsində yer alan 30 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə norveçli Oskar Marvikə qalib gəlib - 3:2.
Xatırladaq ki, daha əvvəl İslam Abbasov (87 kq) gümüş medala sahib olmuşdu. O, finalda ukraynalı Jan Belenyuka 1:3 hesabı ilə uduzmuşdu.
qafqazinfo