Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
SOSİAL
21:43 06.02.2026
1568
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.
AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, güllə yarası alan riyaziyyat müəllimi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.
Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəvi şəkildə vəfat edib.