11:55 şənbə, 26 May 2018
ÖZƏL

"Gunay Bank” ötən ilki uğurunu təkrarlaya bilmədi

15:54, 19.04.20184652

"Günay Bank” ASC bu ilin I rübünü 1,267 milyon manat mənfəətlə başa vurub.


AZXEBER.COM Bankın hesabatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azdır. Belə ki, 2017-ci ilin I rübündə 3,049 milyon manat xalis mənfəət əldə etmişdi


3 ay ərzində "Günay Bank”ın faiz gəlirləri 1,986 milyon manat, faiz xərcləri 906 min manat, qeyri-faiz gəlirləri 2,195 milyon manat, qeyri-faiz xərcləri 1,439 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 571 min manat təşkil edib.


Bu il aprelin 1-nə "Günay Bank”ın aktivləri 191,81 milyon manat olub ki, bu da illik müqayisədə 53,9% çoxdur. Bunun 120,082 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,3% böyüyüb.


Hesabat dövründə "Günay Bank”ın öhdəlikləri 98,2% artaraq 130,212 milyon manata düşüb. Bunun 89,475 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 2,6 dəfə böyüyüb.


İl ərzində "Günay Bank”ın balans kapitalı isə 4,5% artaraq61,597 milyon manat təşkil edib.


http://gunaybank.com/public/documents/31.03.2018.pdf

XƏBƏR LENTİ