Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model və aktrisa Günay Musayeva rus serialında baş rolda çəkilib.
AZXEBER.COM xəbər verir ki, "Yaxın xoşbəxtlik” adlı layihənin çəkilişləri İstanbulda və Rusiyada gerçəkləşib.
Serial noyabrın 1-də "Kion” platformasında yayımlanacaq.
Layihədə Musayeva ilə yanaşı rus və türk aktyorları da yer alıb.










































