18:22 Bazar Ertəsi, 16 Sentyabr 2019
Maqazin

Günay sevgilisini bıçaqladı — Həbs edilə bilər

14:05, 21.05.20193716
Günay sevgilisini bıçaqladı — Həbs edilə bilər
Türkiyədə yaşayan tanınmış azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu səbəb Tahanın Günayı və onun oğlunu döyməsi olub. Buna dözməyən Musayeva bıçağa əl atıb.

Taha Tatlıcı modeli məhkəməyə verib. Artıq cinayət işi başlanılıb. Musayeva ifadəsində deyib:

"Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı alıb qarşısına keçdim. Mənə hücum etdi və bıçaq ona batdı. Mən özümü qorumuşam”.

Hazırda prokurorluq Günayın 2.5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Taha isə modeli və oğlunu döyməsi ilə bağlı iddialara açıqlama verməyib.
XƏBƏR LENTİ