Space TV-də yayımlanan “Günaydın” verilişinin yeni aparıcısının kimliyi müəyyənləşib.
Showlife.Az xəbər verir ki, veriliş bundan sonra Vüsalə Kərimovanın aparıcılığı ilə efirə gedəcək.
Vüsalə Kərimova bundan öncə “Araz FM” radiosunun direktoru vəzifəsində çalışırdı. Bir müddət öncə o radiodan ayrılmışdı.
Xatırladaq ki, “Günaydın” verilişinin əvvəlki aparıcıları Ramal Hüseynov və Kəmalə Əzizqızı idi. Onlar efirə gedən “cin əməliyyatı”ndan sonra verilişdən ayrılmışdılar.