Müğənni Günel Ələkbərova hələ də yayılmış şayiələrin baş qəhrəmanı olaraq qalır.
AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi xəbərə görə, bu dəfə müğənninin üzünü plastik əməliyyat etdirməsi barədə şayiə yayılıb."Axı nə qədər olar? Mən artıq bu şayiələrə münasibət bildirməkdən bezmişəm", - müğənni yerli telekanallardan birinə açıqlamasında bildirib.O, heç bir əməliyyat etdirmədiyini deyib."Bu mənim nəyimə lazımdır? Buna ehtiyacım yoxdur. Şükür Allaha, üzümdə heç bir qüsur yoxdur", - müğənni deyib.G.Ələkbərova plastik əməliyyat edən həmkarlarına normal yanaşdığını deyib.