Fevralın 1-də Günəşdə X səviyyəli partlayış qeydə alınıb.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alışmanın pik həddi Bakı vaxtı ilə saat 16:33-ə təsadüf edib.
"Günəşdə ən yüksək sinifli partlayış baş verib. Ölçülən səviyyə X1.04-dür", - deyə məlumatda bildirilir.
Alimlər yaxın vaxtlarda yeni iri hadisələrin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.