Günəşdə ən yüksəksəviyyəli partlayış qeydə alındı

Günəşdə ən yüksəksəviyyəli partlayış qeydə alındı
SOSİAL
18:51 01.02.2026
541
Fevralın 1-də Günəşdə X səviyyəli partlayış qeydə alınıb.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alışmanın pik həddi Bakı vaxtı ilə saat 16:33-ə təsadüf edib.
"Günəşdə ən yüksək sinifli partlayış baş verib. Ölçülən səviyyə X1.04-dür", - deyə məlumatda bildirilir.

Alimlər yaxın vaxtlarda yeni iri hadisələrin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.
OXŞAR XƏBƏRLƏR