Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. Qeyd olunub ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.