“Gürcüstan azərbaycanlıları Ermənistanın törətdiyi son hərbi təxribatları qəti şəkildə pisləyir”
SOSİAL
14:19 12.04.2016
1672
Acarıstan Muxtar Respublikasının Batumi şəhərində fəaliyyət göstərən “Acariya-Gürcü- Azərbaycan Xeyriyyəçilik cəmiyyəti” bəyanat ünvanlayıb. AZXEBER.COM-un məlumatına görə, Acarıstan Muxtar Respublikasının Batumi şəhərində fəaliyyət göstərən “Acariya-Gürcü- Azərbaycan Xeyriyyəçilik cəmiyyəti” Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, “Son illərdə Ermənistan tərəfindən Azərbaycan hərbçilərinin və mülki əhalisinin öldürülməsi ilə müşayiət olunan zorakılıq və hərbi təxribatlar mütəmadi hal alıb. Münaqişənin və artan gərginliyin əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmasıdır. Gürcüstan azərbaycanlıları Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları qəti şəkildə pisləyir və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.