Gürcüstanda ötən sutkada koronavirusa 342 yeni yoluxma faktı təsdiqlənib, 1 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son bir gündə daha 161 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 653 460 nəfərdə aşkarlanıb. Onların 1 634 474-ü sağalıb, 16 794-ü isə ölüb.