Gürcüstanda ötən sutkada koronavirusa 733 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə hazırkı dövrədək COVID-19-a 337 573 nəfər yoluxub, onların 4 622-si dünyasını dəyişib.
Son 24 saat ərzində xəstəlikdən 1 530, ümumilikdə isə 318 599 nəfər müalicə olunaraq sağalıb.
///Report