AZXEBER.COM-un SKMF-nun rəsmi saytına istinadla verdiyi məlumata görə, kredit əldə etmək istəyənlər müvəkkil kredit təşkilatlarına elektron müraciət edə biləcək.Müraciətlərə qanunvericiliyə uyğun baxıldıqdan sonra müvafiq sənədlər elektron formada Sahibkarlığa Kömək Milli Fonduna təqdim ediləcək. Həmçinin fondun layihə barədə rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılacaq və bu barədə məlumatlar sahibkarların elektron ünvanına göndəriləcək. Beləliklə, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcək."İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" vaxt itkisinin qarşısını almağa, bu sahədə sənəd dövriyyəsi prosesinin daha sürətli, təhlükəsiz və elektron formada həyata keçirilməsinə imkan verəcək.Qeyd edək ki, güzəştli kreditlərin uçotunun, təyinatı üzrə istifadə olunmasına dair monitorinqlərin aparılması ilə əlaqədar bütün sənədləşmələr də tam elektronlaşdırılıb.