20:33 çərşənbə, 16 Oktyabr 2019
FOTOSESSİYA

Göyçayda möhtəşəm Nar Bayramı - FOTOSESSİYA

12:25, 05.11.20136392
Göyçayda möhtəşəm Nar Bayramı -  FOTOSESSİYA

Noyabrın 2-də Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi 8-ci “Nar bayramı” keçirilib.

AZXEBER.COM xəbər verir ki, bayram tədbirində Milli Məclisin deputatları, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, xarici və yerli qonaqlar, eləcə də Azərbaycan, Türkiyə və Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri iştirak ediblər.Festivalda nara həsr olunmuş şeir və mahnılar səsləndirilib. Qonaqlar nar sərgisində rayonun 32 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif sort nardan hazırlanan məhsulların dadına baxıb. Həmçinin, yerli müəssisələrdə istehsal edilən şirələrin keyfiyyəti ilə maraqlanıblar.Bununla yanaşı, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən nar sovqatları, narla bağlı məlumatları özündə əks etdirən kataloq Azərbaycanda fəaliyyət göstərən diplomatik struktur və beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçilərinə təqdim olunub, onlara Azərbaycanın narla bağlı qədim ənənələrinə dair məlumat verilib.Qonaqlara bayram münasibətilə hazırlanan milli xörəklər, şirniyyat və nar şirələri təqdim olunub. Qonaqlar bayramın keçirilməsindən razı qaldıqlarını bildiriblər.İdmançıların, bədii özfəaliyyət kollektivlərinin çıxışları bayram iştirakçılarının alqışları ilə qarşılanıb.Nar festivalında ənənəvi yarışlar keçirilib. Gənclər arasında nar yemə və nar sıxma yarışları maraqla qarşılanıb. Ən ağır nar müsabiqəsinin qalibi olan Alxasava kənd sakini Zülfüqarov Nəsrullanın təqdim etdiyi məhsulun çəkisi 1 kq 225 qram olub.Sonda Azərbaycanın incəsənət ustalarının və Türkiyənin “Ayna” qrupunun iştirakı ilə bayram konserti keçirilib, atəşfəşanlıq olub.

AZXEBER.COM Göyçaydan fotosessiyasını təqdim edir. Fotoların müəllifi Hüseyn Mehdiyevdir

XƏBƏR LENTİ