11:42 şənbə, 26 May 2018
SOSİAL

Göyçayda saxlanılan hüquq müdafiəçisi azadlığa buraxıldı

19:09, 21.04.20187670
Göyçayda saxlanılan hüquq müdafiəçisi azadlığa buraxıldı
Hüquq müdafiəçisi Taleh Xasməmmədov azadlığa buraxılıb.
 
Bu haqda AZXEBER.COM-a onun yaxınları məlumat verib. Qeyd edək ki, o aprelin 19-da Göyçayda polis tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Taleh Xasməmmədovun haqqında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açıldığını bildirib. "Taleh Xasməmmədov xuliqanlıq maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə şübhəli şəxs qismində saxlanılıb.
 
Ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb", - o deyib
XƏBƏR LENTİ