Hüquq müdafiəçisi Taleh Xasməmmədov azadlığa buraxılıb.
Bu haqda AZXEBER.COM-a onun yaxınları məlumat verib.
Qeyd edək ki, o aprelin 19-da Göyçayda polis tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Taleh Xasməmmədovun haqqında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açıldığını bildirib.
"Taleh Xasməmmədov xuliqanlıq maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb", - o deyib