Göygöl sakini qayınatası tərəfindən bıçaqlandı

Göygöl sakini qayınatası tərəfindən bıçaqlandı
SOSİAL
23:47 25.09.2021
479
Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

1987-ci il təvəllüdlü Məhərrəmov Azər Qiyas oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, A. Məhərrəmov qayınatası tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR