Göygöldə kafedə atəş açan şəxslər saxlanılıb

KRİMİNAL
12:57 10.01.2014
1717
Göygöl rayonu Qızılqaya qəsəbəsinin ərazisində yerləşən "Duru" kafesinə gəlmiş şəxslər havaya və otaqların tavanına ov tüfəngindən atəş açaraq gediblər. 
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, kafeyə qismən ziyan dəyib.Hadisə yerinə baxış zamanı 1 ədəd patron və 16 ədəd boş giliz aşkar edilərək götürülüb.Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Göygöl şəhər sakinləri Müşfiq Hacıyev, Nuriddin Hacıyev, Gəncə şəhər sakini Azər Əliyev və Bakı şəhər sakini Tahir Rəhimov saxlanılıblar.M.Hacıyevdən müvafiq sənədləri olan "Sayqa-410 K" markalı silah, güllə darağı və 21 ədəd güllə, N.Hacıyevdən isə müvafiq sənədləri olmayan "Maverlick" markalı ov tüfəngi və 3 ədəd güllə götürülüb.

OXŞAR XƏBƏRLƏR