Göygöldə meyti tapılanın şəxsiyyəti məlum olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, meyiti aşkarlanan Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğludur. O, martın 19-dan itkin düşüb.
Meyit tanınmaz hala düşdüyündən ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.