Gözlük alarkən nələri bilmək lazımdır?

Gözlük alarkən nələri bilmək lazımdır?
MARAQLI
11:48 19.10.2011
1768
İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən gözlüklər hazırda ölkənin əksər ticarət obyektlərində, eləcə də pərakəndə və səyyar şəkildə satılmaqdadır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, gözlük alarkən diqqətli olsunlar.Qeyd edək ki, gözlüklər iki növ materialdan, plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri vardır ki, bunlara adi, xamelyon və s. misal göstərmək olar. Plastik materialdan olan gözlüklər yüngül və rahat olmasına baxmayaraq tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan gözlüklər daha keyfiyyətli hesab olunur.Gözlüklərin istifadə məqsədi müxtəlifdir. Ondan görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq, yaxud sadəcə aksessuar məqsədilə istifadə olunur. Gözlüklərin optik, gün, yüksək müdafiəli və s. kimi təyinatları var. Şüşə, polikarbonat plastikdən, yaxud akril plastikdən düzəldilən gözlüklər ən təhlükəsiz və istifadə üçün yararlıdır. Mövsümü olaraq daha çöx istifadə olunan gün gözlükləri isə əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan gözlüklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır. Bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir.Yaхşı olar ki, gözlüklə alarkən mütəхəssislərlə məsləhətləşin. Bilmək lazımdır ki, keyfiyyətsiz gözlük göz хəstəliklərinə səbəb ola bilər. Belə ki, bu gözlüklər gözün billuruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insan beynində yorğunluq yaradır, hətta şiş хəstəliyinin yaranmasına da yol açır. Gözlük gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü biruzə verir. Nəticədə gözə ağırlıq düşür. Gözlüyün rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz billuru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün gözlüklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də gözlüklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir.Gözlük alarkən mütləq onun etiketinə diqqət yetirmək lazımdır. Nəzərə almaq lazımdır ki, gün gözlüyünün etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilir. Gözlüyün təlimatında linzanın günəş şüalarını hansı dərəcədə, zəif, orta, yaxud güclü udduğu da qeyd olunmalıdır. Həmçinin gözlüyün sertifikatına nəzər salmaq kifayətdir ki, onun saхta olub-olmadığını müəyyən etmək olsun. Gözlüklər gigiyenik sertifikatı olduğu halda satılmalıdır.Gözlük alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir vermək lazımdır. Gözlüklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Gözlüyün şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənovşəyi şüalar gözə təsir edir. Buna görə gözlük alarkən buna diqqət etmək lazımdır. Ən əsası, bilmək lazımdır ki, cızılmış gözlükdən istifadə etmək olmaz.
Ans Press
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
Tərtərdə məktəb binası yandı
23:03 09.05.2025
Tərtərdə məktəb binası yandı
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb
22:51 09.05.2025
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb