06:26 Cümə Axşamı, 17 Oktyabr 2019
KÖŞƏ

"Hər şeyi qara görmək lazım deyil".

20:37, 13.11.20102243

 

Mənim fikirimcə insanlarda psixoloji durum getdikcə ağırlaşır. Sanki,cinayət etmək əllərində su içmək qədər asan olub. Əlbəttə, bunu hamıya şamil etmək olmaz. Bunun bir çox səbəbləri var. Məsələn: Anlamsızlıq,psixoloji durumun pisləşməsi nəticəsində aqressiya artır və nəticədə ailə cinayətləri, qətlər və özünəqəsd halları törədilir.

Gənclər milli dəyərlərdən uzaqlaşır. Bu təhlükəli deyilmi?

Mənə elə gəlir ki,hər bir şey öz çərçivəsindən kənara çıxmadıqda gözəl olur. Gənclərimiz nə sürətlə avropalaşmalıdır, nə də milli dəyərlərdən uzaqlaşmamalıdır. Hər bir gəncimiz öz adət və ənənəsinin daşıyıcısıdır.

Cəmiyyətdə baş alıb gedən mənfi tendensiyalar sizcənəyin nəticəsidir? Oğurluq,narkomanioiya cinayətləri və s.

Bu sadaladığınız sözləri küçə həyatına meyillənən uşaqlarda daha çox rast gəlmək olar.Uşağın çətin tərbiyə olmasında sosial mühiti ilk növbədə ailəni, həmçinin uşağın yaş və orqanik xüsusiyyətlərinin rolunu göstərmək olar. Fikirimcə uşağın çətin uşaq kimi özünü biruzə verməsində böyüklərin əməyi daha böyükdür. Belə uşaqlar yaşlıların onlara münasibətinin nəticəsi olaraq yaranırlar. Belə uşaqların oğurluğa, narkomaniyaya, alkoqolizimə meyillənməsi çox asandır. Fikirimcə, valideynin övladına qarşı düzgün tərbiyəsi və dost münasibəti nəticəsində müsbət dəyişiklərə nail olmaq olar. Əgər valideyin övladına biganə və laqeyd yanaşarsa belə uşaqların sayı daha da çoxalar.

İnternet gənclərimizin tərbiyəsinə nə kimi təsir göstərir?

Ən çox hallarda internet gənclərimizə yaxşı təsr göstərir. İnternet də seçim azaddır. İnternet səhifəsində hər şeyi qara görmək lazım deyil. Çox təəsüf hissi keçirdirəm ki, bir çox valideynlər övladları internet səhifəsində maraqlı məlumatlar əldə etmək üçün internetə daxil olsalar da r buna da tam qarşı çıxırlar. Çünki fikirləşirlər ki, bizim dövrümüzdə belə şeylər yox idi və gənclərimiz tərbiyəli böyüyüblər. Yəni belə deyən valideynlər öz yaşadıqları mühiti övladlarının beyninə köçürtmək istəyirlər.Bu günkü zamanla ayaqlaşmaq istəmirlər. Belə deyək: “Mərdi qova-qova namərd etmək” istəyirlər. İnternet insanın dünyagörüşünün artmasına böyük yardımçı olur.

Cəfər Mənsimi

XƏBƏR LENTİ