Hacı İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi - Borca görə

Hacı İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi -  Borca görə
İQTİSADİYYAT
13:37 06.07.2016
1763

"Bakı Mexanikləşdirmə-1" ASC "Avesta Konsern" MMC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, ASC xidmətin və icarə haqqının ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan "Avesta Konsern" MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Avesta Konsern” MMC-nin sahibi Hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konsern” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur.

OXŞAR XƏBƏRLƏR