Hacı Nuran Həsənağa Sadıqovla görüşdü - FOTO

Hacı Nuran Həsənağa Sadıqovla görüşdü - FOTO
MAQAZİN
15:33 30.07.2018
5688
Xəbər verdiyimiz kimi, bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun səhhətində problem yaranıb.

Sənətkarın oğlu Elşən Sadıqov bir neçə gün əvvəl açıqlama verərək atasına kömək lazım olduğunu və yalnız xarici ölkədə müalicə oluna biləcəyini demişdi. Aparıcı, Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov isə bu gün İnstaqram hesabında paylaşım edərək H.Sadıqova dəstək olacaqlarını söyləyib:

"Həyat Fondu olaraq qərara gəldik ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən, əməkdar artist və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqova lazım olan yardımı edək. Siz xalqımıza lazımsınız. Sizə çox böyük ehtiyacımız var. Çox yaşayın. Allah şəfanızı versin”.

Hacı Nuran bildirib ki, artıq Həsənağa Sadıqovu ziyarət edib:

"Onu belə vəziyyətdə görmək istəməzdim. Çox pis oldum. Vəziyyəti heç də yaxşı deyil, pisləşməyə doğru gedir. İmkanınız varsa, siz də dəstək olun. (+ 994 55) 877 94 16 Elşən (Həsənağa müəllimin oğlu)".
 
///Axşam.az
 

 

 

 


OXŞAR XƏBƏRLƏR