Hacıqabulda 17 yaşlı qızı öldürüb yandırdılar - Təfərrüat (FOTOLAR)

Hacıqabulda 17 yaşlı qızı öldürüb yandırdılar -  Təfərrüat (FOTOLAR)
KRİMİNAL
15:23 08.07.2015
15325
Hacıqabulun Qızılburun kəndində yolun kənarında qadın meyiti yandırılıb. Hadisə iyulun 5-də baş verib. Olay haqda polisə məlumat verən isə elə qatilin özü olub. Bakıdakı polis bölmələrindən birinə gələn 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Namaz Hadıyev özündən 1 yaş balaca olan bacısı Gövhəri öldürdüyünü və yandırdığını deyib. Onun verdiyi məlumatın yoxlanılması üçün dərhal əməliyyat istintaq qrupu yaradılıb və özünün iştirakı ilə qeyd etdiyi ərzaziyə baxış keçirilib. Həqiqətən də ərazidə yanmış insan cəsədi aşkar olunub. Hacıqabul rayon məhkəmə-tibb ekspertizasına aparılan cəsədə ilkin baxış zamanı üzrəində 40-a yaxın bıçaq xəsarəti müəyyən olunub.
18 yaşlı Namaz Hadıyev belə bir ağır cinayətə imza atmasının səbəbini istintaqçılara danışıb. O deyib ki, ailələri Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 80/55 ünvanında yaşayırlar. Bacısı Gövhər 2014-ci ildə evdən qaçıb. Sonradan onun Bakıda yüngül əxlaqlı qadınlara qoşulması haqda məlumat alıb. N.Hadiyev deyib ki, bacısını axtarsa da, tapıb onu evə qaytara bilməyib. İyulun 4-də isə telefonuna gizli nömrədən zəng gəlib. Dəstəyi qaldıran N.Hadıyev bacısının səsini eşidib. G.Hadıyeva qardaşına deyib ki, evdən qaçdığına görə çox peşmandır, bağışlanılmasını və evə qayıtmasına icazə verilməsini istəyir. N.Hadıyev bacısına deyib ki, onu bağışlayır. Bundan sonra G.Həsənova evə qayıtmağa pulunun olmadığını deyərək Bakıda, Biləcəri qəsəbəsində olduğunu söyləyib. N.Hadıyev Bakıya gələrək bacısı ilə Biləcəridə görüşüb və taksi tutaraq Mingəçevirə yollanıblar. N.Hadıyev istintaqçılara deyib ki, bacısı ona zəng edəndən sonra o namusunu təmizləmək qərarını verib və belə qərara gəlib ki, bacısını evə gətirmək adı ilə taksiyə oturdub yola çıxacaq, yolda uyğun yer tapıb onu taksidən düşürəcək və öldürəcək. Belə bir yer kimi o, Hacıqabulun Qızılburun kəndinin ərazisini seçib. Ərazidə arabir maşın ötürmüş, gediş-gəliş az olub. Bunun üçün yolda taksi sürücüsü ilə qəsdən mübahisəyə girişib və Qızılburun kəndi ərazisində sürücüdən maşını saxlamağı tələb edib. Sürücü ilə hesablaşandan sonra onun ərazidən uzaqlaşmasını gözləyib.
Taksi gözdən itəndən sonra isə N.Hadıyev cibində gizlətdiyi bıçağı çıxararaq bacısına hucum edib. Onu öldürdükdən sonra meyidin üzərinə kol-kos yığaraq yandırıb və heç nə olmamış kimi Bakıya gəlib. Lakin gözü önündən bacısının yalvarışları, ondan aman diləməsi səhnəsi çəkilməyib. Qətldən 2 gün sonra polisə müraciət edən N.Hadıyev törətdiyi əməli etiraf edərək, üzərindən namus ləkəsini təmizlədiyini söyləyib.
Faktla bağlı hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
16:44 09.06.2026
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir