Hakan Fidan iranlı həmkarına başsağlığı verdi

Hakan Fidan iranlı həmkarına başsağlığı verdi
DÜNYA
23:57 04.01.2024
294
Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyana başsağlığı verib.

AZXEBER.COM Trend -ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.

O İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərə başsağlığı verib.

Telefon danışığı zamanı İran prezidenti İbrahim Rəisinin sözügedən terror aktı ilə əlaqədar təxirə salınan və qarşıdakı dövrdə reallaşacaq səfəri müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR