Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Hollandiyaya gedəcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 2008-ci ildə imzalanan "Türkiyə-Hollandiya əlaqələrinin gücləndirilməsi və Türkiyə-Hollandiya Konfransının yaradılmasına dair Anlaşma Memorandumu” çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin sədrliyi ilə növbə ilə keçirilən 10-cu Türkiyə-Hollandiya (Vittenburq) Konfransı Hollandiyada keçiriləcək.
Nazir Hakan Fidan həmkarı Hanke Bruins Slotun dəvəti ilə konfransda iştirak etmək üçün sabah Hollandiyaya gedəcək.
Hakan Fidan Slot ilə ikitərəfli görüşündə siyasi əlaqələr qiymətləndiriləcək və Hollandiya-Türkiyə ictimaiyyətini maraqlandıran məsələlər gündəmə gətiriləcək.
Gülay