Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır
SİYASƏT
16:16 26.02.2026
199
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, o, bununla bağlı özünün sosial şəbəkə hesabında bildirib.

"Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycan xalqının kədərini qəlbimizin ən dərin yerində hiss edirik. Türkiyə "Tək millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanındadır”, - XİN rəhbəri qeyd edib.
OXŞAR XƏBƏRLƏR