Son zamanlar müğənnilərin siyasətə qarışması aktual məsələlərə çevrilib. “Şeron” qrupunun ifa etdiyi “Susma” mahnısı, müğənni Azərinin həbsdə olan gənclərə dəstək verməsi, Nazpəri Dostəliyevanın "Müsavat" başqanı İsa Qəmbərin oğlunun toyunda oxuması, əməkdar artist Tünzalə Ağayevanın həmin hərəkətə görə müğənnniyə haqq qazandırması tanınmış sənətçi Əli Mirəliyevi dilə gətirib.
Fikirlərini AZXEBER.COM-la bölüşən müğənni Əli Mirəliyev müğənnilərin siyasi motivdə mahnılar oxumasının doğru olmadığını bildirdi. Onun sözlərinə görə, əgər müğənni siyasiləşdirilmiş mahnı ifa edirsə, onun xüsusi məqsədlərinin olması istisna deyil: “Müğənnilərin şou-biznesədən siyasətə transfer etməsinin əsas səbəbi gələcəkdə əməkdar, xalq artisti, yaşlananda pensiya almaq istəyidir. Mən, ümümiyyətlə, müğənnilərin siyasətə qarışmasını məsləhət görmürəm. Əgər siyasətə qarışırlarsa, demək burada fərqli maraqlar var. Nəyə görə onlar xalq artisti adı alıb, amma mən yox? Çünki mən heç kimə yaltaqlıq etməmişəm. Qaldı ki, hakimiyyətin hesabına adam olan müğənnilərin müxalifətə dəstək verməsinə bu nankorluqdur, çünki dövlət həmin müğənnilərə hər cür şərait yaradıb.”Fatimə İbrahimova