Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq

Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
MAQAZİN
09:12 11.03.2026
96
Uzun illərdir layihələr üzərində birgə işləmək təklifləri alan Halit Ergenç və Məryəm Üzerli nəhayət ki, eyni layihədə rol alacaq.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya miqyasında böyük təsir bağışlayan ən yaddaqalan türk televiziya seriallarından biri olan "Möhtəşəm Yüzyıl"ın baş rol aktyorları Halit Ergenç və Məryəm Üzerli 15 ildən sonra ilk dəfə bir film layihəsi üçün yenidən bir araya gəlirlər. 

"İmrozda Bahar" filminin rejissoru "Sevgililər Festivalı", "Erkən Qış", "Qaranlıq Gecə" və "Payız" filmləri ilə tanınan rüjissor  Özcan Alper olacaq.
 
Film, adada yolları kəsişən və ömrünün ikinci baharını yaşama ehtimalı ilə qarşılaşan iki fərqli həyatın hekayəsindən danışır. 

Çəkilişlərin tezliklə başlayacağı bildirilib. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR