HAMAS-ın Qəzzadakı hərbi qanadının lideri öldürülüb

HAMAS-ın Qəzzadakı hərbi qanadının lideri öldürülüb
DÜNYA
22:42 29.12.2025
107
HAMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının lideri və sözçüsünün ölümünü təsdiqləyib.

Bu barədə hərəkatın hərbi qanadının yeni sözçüsü açıqlama yayıb.

"İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd Sinvar Qəzzada öldürülüb. Biz həmçinin qrupun sözçüsü Əbu Ubeydənin öldürüldüyünü də təsdiqləyirik, lakin biz onun işini davam etdirəcəyik", - HAMAS-ın silahlı qanadının yeni sözçüsü vurğulayıb.

Açıqlamanı yayan şəxsin adı hələ ki, açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR