Hamilə qadını döyüb uşağını öldürdülər- Bakıda şok olay

SOSİAL
14:45 13.04.2016
3228
Araşdırma aparılır.
Bakı sakini qohumu tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib.
Xətai rayon Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü Gülnar Salamova (ad və soyadlar şərtidir) dünən axşam saatlarında yaşadığı evdə qaynı, 1988-ci il təvəllüdlü Elton Salamov tərəfindən döyüldüyünü bildirib.
22 yaşlı qadın qeyd edib ki, döyülmə nəticəsində bətnindəki 7 həftəlik cinsiyyəti məlum olmayan döl ölüb.
Müraciət əsasında araşdırma aparılır.
///Lent.az

OXŞAR XƏBƏRLƏR