Harrisin namizədliyi üçün səsvermə başa çatdı

Harrisin namizədliyi üçün səsvermə başa çatdı
DÜNYA
11:57 06.08.2024
117
ABŞ-nin vitse-prezidenti Kəmalə Harrisin Demokratlar Partiyasının prezidentliyə namizədi olması rəsmiləşib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Demokrat Partiyasının Milli Komitəsinin sədri Ceym Harrison Konqresə qatılacaq nümayəndələrlə onlayn səsvermənin yekun nəticələrini açıqlayıb.
 
Müvafiq olaraq, 5 günlük səsvermə nəticəsində Harris nümayəndələrin 99 faizinə uyğun gələn təxminən 4600 səslə seçkilərdə Demokrat Partiyasının rəsmi namizədi olub.
 
Qeyd edək ki, Demokratlar Partiyası avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya konqresində prezidentliyə və vitse-prezidentliyə namizədlərini rəsmən elan edəcək.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR