Hava şəraiti kəsin dəyişəcək - Dövlət qurumları əhaliyə xəbərdarlıq edib - VİDEO

Hava şəraiti kəsin dəyişəcək - Dövlət qurumları əhaliyə xəbərdarlıq edib - VİDEO
SOSİAL
22:39 03.02.2026
1888
Növbəti dörd gün ərzində havanın temperaturu kəsin şəkildə dəyişəcək.

Milli Hidrometerologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi ərazilərdə yollar buz bağlayacaq.

Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar olaraq Fövqəladə Hallar Nairliyi də əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, vətəndaşlar küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Dağlıq ərazilərdə yaşayan vətəndaşlara qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Qeyd edək ki, gözlənilən hava ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi də sürücü və piyadalara diqqətli olmaları barədə xəbərdarlıq edib.


OXŞAR XƏBƏRLƏR