Həbsdən qaçmaq istəyən məhbus divarda ilişib qaldı - FOTO

DÜNYA
17:33 07.12.2012
2534
Braziliyada məhbusların həbsxanadan qaçmaq istəyi qeyri-adi səhnəyə yol açıb.AZXEBER.COM-un məlumatına görə, qaçış planı məhbuslardan birinin iri cüssəli olması üzündən yarımçıq qalıb. Belə ki, cinayətkar qrupun üzvləri hamam otağının divarında açdıqları dəlikdən keçərək qaçmaq istəyiblər. Ancaq onlardan biri divarda ilişib qalıb. İkinci olaraq dəlikdən keçməyə çalışan məhbusun istəyi baş tumayıb. Kiçik dəlikdə ilişib qalan kişi nə qabağa, nə də arxaya hərəkət edə bilməyib. Onun köməyinə həbsxana əməkdaşları gəliblər.İri bədən quruluşlu məhbusu dəlikdən çıxarmaq üçün bir necə saat vaxt sərf edilib. Qabırğası sınan kişi xəstəxanaya göndərilib.Qaçan məhbusu isə hələ tapmaq mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR