Həbsxanadakı narkobaron yoxa çıxdı

Həbsxanadakı narkobaron yoxa çıxdı
DÜNYA
14:52 08.01.2024
215
Cənubi Amerika ölkəsi Ekvadorda həbsxanada olan narkobaron Xose Adolfo Macias Villamar yoxa çıxıb.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Ekvadordakı Los Çoneros dəstəsinin lideri "Fito” ləqəbli Xose Adolfo Macias Vilyamar saxlanıldığı Quayaquil həbsxanasından yoxa çıxıb.

Təhlükəsizlik qüvvələri qaçdığı güman edilən Villamarın tapılması üçün həbsxana və ətrafında genişmiqyaslı əməliyyat keçirib.
 
Qeyd edək ki, Xose Adolfo Macias Villamar 2011-ci ildə narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qətl kimi müxtəlif cinayətlərə görə 34 il həbs cəzasına məhkum edilib.
 
Prezidentliyə namizəd Fernando Villavicencionun qətlində şübhəli bilinən Fito avqust ayında keçirilən böyük əməliyyatla yüksək təhlükəsizliklə qorunan La Roka həbsxanasına köçürülüb.
 
Təşkilatın lideri sentyabrda məhkəmənin qərarı ilə Quayaquil bölgəsindəki həbsxanaya geri göndərilib.

Məlum olub ki, Vilyamarın rəhbərlik etdiyi Los Çoneros dəstəsi narkotik alveri ilə məşğul olur və ölkədəki əsas həbsxanalara nəzarət edir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR