Həbsxanadan 150 məhkum qaçdı

Həbsxanadan 150 məhkum qaçdı
MARAQLI
10:31 24.10.2011
1811
Türkiyənin Van vilayətində meydana gələn 7.2 ballııq zəlzələdən sonra Van “M” tipli həbsxanasından 150 məhkum qaçıb. Məlumata görə, məhkumlar həbsxananın arxa tərəfindəki divarın uçması nəticəsində qaçmağa müvəffəq olublar.Qeyd edək ki, qaçan məhkumlardan 50 nəfəri daha sonra yenidən həbsxanaya qayıdıb. Onlardan bəzisi təşvişə düşərək qaçdıqlarını, bəziləri isə zəlzələdən sonra ailələri sarıdan narahat olduqları üçün onlara baş çəkdiklərini bildiriblər.
OXŞAR XƏBƏRLƏR