Həbsxanadan çıxıb zorladığı qızla evləndi - FOTOLAR

DÜNYA
16:33 19.01.2013
10430

Milli.Az DHA-ya istinadən bildirir ki, gənc qızın ailəsi ilə Taşkının ailələri bu qərara qarşı çıxıblar. Qızın anası hətta Özgeyə cadu-piti olduğunu düşünərək qızını falçıya aparıb. Lakin qız inadından əl çəkməyib.

Bir qədər sonra isə Özgeni yenə falçıya aparmaq bəhanəsi ilə onu Taşkının xalasının evinə, Fethiye rayonundakı Gökben kəndinə aparıblar. Burada Özge bir otağa salınıb və otağın qapısı da bağlanıb. Daha sonra isə Taşkın otağa girib, nişanlısına təcavüz edib. Özge 3 saat sonra otağın pəncərəsindən atılaraq qaçıb.

Jandarm idarəsinə yollanaraq oraya sığınan qız başına gətirilənlərdən danışandan sonra onun nişanlısı Taşkın G., ilə yanaşı, Taşkının atası N.G., böyük qardaşı Y.G., bacısı S.G., qaynı H.G., xalası H.C., xalasının oğlu Ç.C. ilə Özgenin anası S.A. və atası S.A. tutulmuşdular. Onların ifadələri alınandan sonra Taşkından savayı hamısı buraxılmışdı.

Məhkəmədə isə məlum olub ki, Taşkın istintaq təcridxanasında olarkən Özge ilə nikaha girib və evlənib. Özge ərə getməyə razı olduğunu deyərək şikayətini geri götürəndən sonra isə Taşkın buraxılıb. Gənc həbsxanadan çıxandan az sonra toy olub. Taşkın və Özge bəxtəvər olduqlarını deyiblər.

OXŞAR XƏBƏRLƏR