Həbsxanalarda qadağan olunmuş əşyalar aşkar edilib

Həbsxanalarda qadağan olunmuş əşyalar aşkar edilib
Bütün Xəbərlər
11:00 11.02.2014
666
Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda Bakı Apelyasiya Məhkəməsinin hesabında olan Ceyhun Fərman oğlu Babayevin üzərinə və kamerasına baxış keçirilən zaman kameranın nəfəslik borusunda gizlətdiyi bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, hazırki işi üzrə Gürcüstan Respublikasının daxili işlər orqanlarında istintaq olunan və Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü bəndi ilə təqsirli bilinərək həbs edilmiş Əli Ziyadxan oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş Elnur Çingiz oğlu Qədirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman şalvarının cibindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.Daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1; 237.2.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Rza Məmmədağa oğlu Nəcəfovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən "Classic" siqaret qutusunun içində gizlətdiyi bir ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.Həmçinin, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Ramid Mislim oğlu Əzizovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik