"Heç kimin ərini əlindən almamışam" - Fatimə

"Heç kimin ərini əlindən almamışam" - Fatimə
MAQAZİN
12:23 24.12.2018
3091
"Bu yaxınlarda Whatsapp-da yoldaşımın şəklini paylaşmışdım. Nə ixtiyarla onu götürürlər. Olmaz.  Şərhlərə baxıram. Yazırlar ki, "həyat yoldaşını gizlədir". 

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "X maqazin"ə açıqlamasında deyib. Sənətçi həyat yoldaşının fotosunun yayılmasından və tənqid olunmasından danışıb:

"Yoldaşımı gizlətmirəm. 11 ildir ailəliyəm. Normal ailəm var. Heç kimin yoldaşını əlindən almamışam. Heç kimdən qorxmuram, çəkinmirəm. İncəsənət aləmindəyəm. O, görünmək istəmir.
Bu il çox dostlar qazandım. İtirdiklərimə peşman deyiləm. Allah məni istəyir ki, elə insanlardan uzağam. Nəhayət ki, ətrafım pisliklərdən qurtulur".

Fatimə əməkdar artist Vasif Məhərrəmli ilə barışmasından da söz açıb:

"Vasiflə barışmışıq, qalmaqalımız olmamışdı. Sadəcə o, birdən-birə mənə qarşı çönmüşdü. Anlaşılmazlığı aradan götürdük. Sonra görüşdük. Dediyi fikirləri geri aldı. Verilişdə olduq, dedi ki, bu barədə danışmaq lazım deyil.

Nazilə ilə də barışdıq. O, öz İnstaqram hesabında yazmışdı ki, 5 il əvvəl Fatimənin xətrinə dəymişdim və anlaşılmazlıq olmuşdu".
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR