05:54 Bazar Ertəsi, 19 Fevral 2018
SOSİAL

Həcc ziyarətinin qiymətinin artma səbəbi AÇIQLANDI

17:46, 13.02.2018525
Həcc ziyarətinin qiymətinin artma səbəbi AÇIQLANDI
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar üçün qiymətin artırılmasının səbəbini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, İdarənin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev report-a deyib ki, əsas səbəb Səudiyyə Ərəbistanında bəzi xərclərin, o cümlədən yanacağın qiymətinin artmasıdır: "Bunlar Həcc ziyarətinin qiymətinə təsirsiz ötüşməyib. Keçən il Həcc evləri tutulmuşdu, hansı ki, ora otel deyildi. Bu il isə 1000 nəfərlik otel götürülüb".

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər. 

0
XƏBƏR LENTİ