19:44 çərşənbə Axşamı, 23 Iyul 2019
MARAQLI

Həftədə 3 dəfə qarabaşaq yesəniz, orqanizmdə NƏ BAŞ VERƏCƏK ?

21:51, 03.07.201913854
Həftədə 3 dəfə qarabaşaq yesəniz, orqanizmdə NƏ BAŞ VERƏCƏK ?
Qarabaşaq taxıl bitkitlərinin kraliçasıdır. Bu taxıl həqiqətən ekoloji cəhətdən səmərəli bir məhsuldur, çünki o gen modifikasiyası və kimyəvi emaldan keçmir. Qarabaşağın faydaları milsisizdir, lakin hələ də bir çox insan onu pəhrizinə əlavə etməyə tələsmir və üstünlüyünü yeni qidalara verir. Amma nahaq.

Bu yazıda oxuyucuları qarabaşağın faydaları ilə tanış edib.

Həftədə 3 dəfə qarabaşaq yesəniz, orqanizmdə hansı dəyişikliklər baş verəcək?

Qanda şəkərin miqdarını aşağı salır

Qarabaşaq sıyığının qlisemik indeksi aşağıdır, odur ki, qanda şəkərin miqdarına təsir edir. Bu planda xüsusilə yaşıl qarabaşaq faydalıdır. Qarabaşaq diabet xəstəliyinin profilaktikası üçün effektivdir.

Piyləri yandırır

Suda qaynadılmış 100 qram qarabaşaq 110 kaloridir. O, kifayət qədər qidalandırıcıdır, faydalı xassələləri sayəsində bədəni uzun müddət enerji və vitaminlə təmin edir. Qarabaşaq sidikqovucudur, bu baxımdan, toksinlərin bədəndən atılmasını asanlaşdırır. Lakin bilməlisiniz ki, səhərlər qarabaşaq sıyığı yemək 20 kq arıqlamağa kömək etməyəcək. Bu bitkini sağlam həyat tərzi və idmanla birləşdirsəniz, ideal bədən quruluşuna nail olarsınız.

Damarları möhkəmləndirir

Qarabaşaq sıyığı qan dövranının normal fəaliyyəti üçün lazım olan dəmirlə zəngindir. Mütəmadi qarabaşaq qəbulu müxtəlif patalogiların inkişaf riskini azaldaraq damarları möhkəmləndirir. Bu baxımdan, qarabaşaq yaxınlarda əməliyyat keçirən xəstələrə və müxtəlif ağırlaşmaların qarşısını almaq üçün hamilə qadınlara çox xeyirdir. Bundan əlavə, qarabaşaq damarları və xolesterini tənzimləməyə kömək edir.

Həzm sistemini sürətləndirir

Qarabaşaq nahaq yerə həzm sistemi problmeləri olan xəstələrə məsləhət görülmür. O, qəbizliyi aradan qaldırıb bağırsaqların hərəkətini yaxşılaşdırır. Nikotinik turşusu zülalların, yağların və karbohidratların sintezini sürətləndirən maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir. Ən başlıcası, qarabaşaq bağırsaq xərçəngi riskini azaldır.

Dərini, dırnaqları və saçları yaxşılaşdırır

Sink, A və B vitaminləri saçların uzanmasını sürətləndirir, onları daha parlaq və güclü edir. Qarabaşaqda olan kalsium dişlərin, sümüklərin və dırnaqların vəziyyətini yaxşılaşdırır və D vitamininin sovrulmasını təmin edir. Manqan qan dövranını yaxşılaşdırır, dərinin daha parlaq və canlı görünməsini təmin edir. Antioksidanlar və flavonoidlər yaşlanma prosesini ləngidir. Qarabaşaq sıyıq deyil, əsl gənclik iksiridir.

Sakitləşdirir və əhval-ruhiyyəni yaxşılaşdırır

Qarabaşaq sinir sisteminə yaxşı təsir edən maddələr ehtiva edir. Psixoloji vəziyyətin yaxşılaşdırılması üçün depressiya halında belə istifadə etmək məsləhətdir. Əgər gecələr yuxuda kabus görürsünüzsə, vitamin B12 yuxuları normallaşdırmağa kömək edəcək.

Qarabaşaq çox faydalıdır. Hazırlanması da çox asandır və bir çox məhsulla əla vəhdət təşkil edir. Ancaq başa düşmək vacibdir ki, hər hansı digər məhsul kimi onu çox yemək olmaz. Bədənə faydalı təsir göstərmək üçün həftədə 3 dəfə kifayətdir.
 
///Publika.az
XƏBƏR LENTİ