09:36 Cümə Axşamı, 21 Noyabr 2019
SOSİAL

“Həkimlər Allah deyil ki... klinikada xəstə ölə də bilər” – DEPUTAT

15:01, 31.05.20194416
“Həkimlər Allah deyil ki... klinikada xəstə ölə də bilər” – DEPUTAT
"İstər dövlət, istərsə də özəl tibb müəssisələrində işləyən həkimlər müəyyən dövrdən bir attestasiyadan keçməlidir. Bu yoxlamalarda uğursuz olacağı halda həmin həkimlər peşədən də kənarlaşdırıla bilər, daha aşağı vəzifəyə də keçirilə bilər. Ancaq misalçün, hansısa xəstənin ölümündə həkimin səhlənkarlığı, əməlində cinayət tərkibi yoxdursa, buna görə onu peşədən məhrum etmək olmaz”.

AZXEBER.COM xəbər verir ki, bunu Medicina.az-a açıqlamasında, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Musa Quliyev günlərdə özəl klinikalarda əməliyyat zamanı xəstə ölüm hallarının artmasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, xəstəxanada xəstə sağlamlığına qovuşa da bilər, dünyasını dəyişə bilər. Bu ölüm faktlarında həkimin günahının olub-olmadığına baxmaq lazımdır: "İlk növbədə xəstənin ölümündə həkimin nə qədər günahı var, bu, araşdırılmalıdır. Ancaq elə hallar da var ki, həkim heyəti əlindən gələni etsə də, xəstənin ölümünün qarşısını almaq olmur. Həkimlər Allah deyillər ki. Hər belə halda həkimləri cəzalandırmaq, məncə, doğru deyil”.

M.Quliyev onu da deyib ki, bu həftə parlamentdə qəbul edilən qanuna görə özəl tibb müəssisələri də 5 ildən bir yoxlamadan keçəcək və lisenziyaları yenilənəcək: "Bu əvvəl də belə idi. Lakin bir müddət əvvəl sahibkarlığa dəstək verilməsi ilə bağlı bu lisenziyalar birdəfəlik verilirdi. Biz bu qanunu da dəyişdir. Artıq özəl tibb müəssisələri 5 ildən bir yoxlamadan keçəcək və normalara cavab verməyən klinikalara lizensiya verilməyəcək”.
XƏBƏR LENTİ