“Helen” qasırğası ABŞ-yə çatdı - 3 nəfər öldü

“Helen” qasırğası ABŞ-yə çatdı - 3 nəfər öldü
DÜNYA
14:31 27.09.2024
193
ABŞ-nin Florida ştatının sahillərinə çatan "Helen” qasırğası ilkin təsbitlərə görə 3 nəfərin ölümünə səbəb olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi elan edib ki, qasırğa Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub.

Bölgədə güclü külək və yağışlara səbəb olan ilkin məlumata görə Florida ştatında 3 nəfər ölüb.

Səlahiyyətlilər qasırğanın Corciya və Şimali Karolina ştatlarında tornadolara səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR