HƏMAS-dan əsir mübadiləsi ilə bağlı yeni xəbər: Şərtlər açıqlandı

HƏMAS-dan əsir mübadiləsi ilə bağlı yeni xəbər: Şərtlər açıqlandı
DÜNYA
09:00 27.12.2023
263

HƏMAS bəyan edib ki, İsraillə yeni əsir mübadiləsinin vacib şərti Qəzzaya hücumların tamamilə dayandırılmasıdır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan Livanın paytaxtı Beyrutda HƏMAS-ın ofisində təşkil edilən mətbuat konfransında İsrailin Qəzzaya hücumları və atəşkəs ehtimalı barədə danışıb. 

Son zamanlar əsir mübadiləsi danışıqları ilə bağlı təşəbbüslər və təkliflər haqqında çox danışıldığını bildirən Həmdan deyib:

"Həmasın buradakı açıq mövqeyi budur ki, İsrail xalqımıza qarşı cinayətkar hücumları dayandırılmalıdır".

Gülay

OXŞAR XƏBƏRLƏR