"HƏMAS-ı tamamilə aradan qaldırmaq mümkün deyil" - Blinken

"HƏMAS-ı tamamilə aradan qaldırmaq mümkün deyil" - Blinken
DÜNYA
11:27 11.01.2024
141
"HƏMAS-ı tamamilə aradan qaldırmaq mümkün deyil".
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin dövlət katibi Antoni Blinken deyib.
     
İsrailin "Kanal 13" televiziyasının xəbərində ABŞ dövlət katibinin israilli nazirlərlə keçirdiyi görüşdə ABŞ-ın iki dövlət vasitəsilə həll yolunun həyata keçirilməsi tələbini bildirib.

Blinken nazirlərə müraciət edərək deyib:
 
"Sizin arzularınız olduğu kimi, fələstinlilərin də arzuları var. Siz bunu qəbul etməlisiniz".
 
Buna cavab olaraq İsrailin strateji işlər naziri Ron Dermer İordan çayının qərb sahilindəki fələstinlilərin 85 faizinin HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumu dəstəklədiyini bildirib.
 
Bundan savayı, HƏMAS Qətər tərəfindən irəli sürüldüyü iddia edilən və maddələrindən birində təşkilat rəhbərlərinin Qəzza zolağından getməsinin yer aldığı yeni təşəbbüslə çıxış etdiyi ilə bağlı iddiaları təkzib edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR